Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəssamlar döşəmə üzərində Gəncə, Şirvan və Qarabağ zonalarına aid olan üç xalça yaradıblar

Rəssamlar döşəmə üzərində Gəncə, Şirvan və Qarabağ zonalarına aid olan üç xalça yaradıblar

"Art Tower" rəsm qalereyasında ənənəvi Dekorativ-tətbiqi sənət festivalı keçirildi. Qalereyadan  verilən xəbərə görə festival "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunub.

 Festivalın kuratoru Səbinə Nəcəfovadır. Bu il festivalda üç rəssam iştirak edir. Rəssamlar-- Fəridə Qarayeva, Təranə Əliyeva və Nəcibə İsmayılova döşəmə üzərində Gəncə, Şirvan və Qarabağ zonalarına aid olan üç xalça yaradıblar. Xalçalar İçərişəhərdə yerləşən Art Tower qalereyasının qarşısında olan meydanda açıq havada nümayiş olunur. Layihənin əsəs məqsədi Azərbaycan xalçalarının təbliğatı və küçə incəsənətinin (Street art) inkişafıdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Oktyabr 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə