Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar

Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Şura üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Agentliyin 1 saylı DOST mərkəzi ilə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qonaqların nəzərinə çatdırdı ki, Prezident İlham Əliyevin fərmanları ilə yaradılan DOST Agentliyi  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. Agentlik  dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında  təqdim olunmasına xidmət edir.

Bu ilin may ayında açılışı olan, əmək, məşğulluq, əlillik, sosial təminat və  s. sahələrdə 132 növ xidmət göstərən ilk DOST Mərkəzinə fəaliyyət göstərdiyi 5 ayda 40 mindən çox vətəndaş müraciət edib. Aparılan soğrular nəticəsində  DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən olunub. Cari ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması nəzərdə tutulur. 2025-ci ildə isə ölkədə onların sayı 31-ə çatdırılacaq.

Qonaqlar mərkəzin iş prinsipləri, burada əhaliyə göstərilən xidmətlər, eləcə də mərkəzin elektron xidmətlər sistemi, əlillik, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər və s. sahələr üzrə xidmət bölmələri və s. ilə əyani tanış olublar. Onlar mərkəzlə bağlı xoş təəssüratlarını bölüşüb, DOST layihəsinin dövlət sosial xidmətlərinin əhaliyə çatdırılmasında uğurlu bir yenilik olduğunu vurğulayıblar.

Şura üzvləri  üçün DOST Agentliyinin fəaliyyətinə dair təqdimat da edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2019 11:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə