Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İclasda MDB-də aparılan sosial islahatlar müzakirə olunub

İclasda MDB-də aparılan sosial islahatlar  müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sədrliyi ilə davam edən iclasda o, Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında gündəlikdə əksini tapan məsələlərin MDB ölkələrində əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinin inkişafı, sosial xidmətlərin innovativ yanaşmalar, elektron texnologiyalar üzərində təkmilləsdirilməsi baxımından aktual olduğunu qeyd edib.

Məşvərət Şurasının katibi Olqa Kremskayanın moderatorluğu ilə keçirilən müzakirələr əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar, MDB ölkələri arasında bu sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi kimi mövzuları əhatə edir.

İclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemləri barədə də ətraflı məlumat verilib. Ölkəmizdə sosial yardım və əlillik təyinatları, əmək müqavilələrinin qeydiyyatı üzrə elektron sistemlərin fəaliyyət göstərdiyi, cari ilin əvvəlindən pensiya təyinatı üzrə müraciət edilmədən və sənəd təqdim edilmədən, proaktiv xidmətin göstərilməsinə imkan verən avtomatlaşdırılmış mexanizmin istifadəyə verildiyi qeyd olunub. Sosial müavinətlərin də təyinatının elektronlaşdırılması işlərinin aparıldığı, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu günlərdə elektronlaşdırıldığı diqqətə çatdırılıb.

Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə yaradılmış e-sistem - Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) barədə təqdimat olub. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində ölkəmizin sosial yardım təyinatı üzrə e-sistemi kimi, TSERAS da müsbət dəyərləndirilərək BSTA-nın  xüsusi mükafatına, bundan əvvəl isə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb.Tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sistem maraqla qarşılanıb və sosial sahədə əldə olunan belə müsbət təcrübələrin mübadiləsinin önəmli olduğu vurğulanıb

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2019 11:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə