Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşsizin dostu” proqramına kimlər cəlb olunub?

“İşsizin dostu” proqramına kimlər cəlb olunub?

Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin əvvəlindən reallaşdırılan  “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün yeni addım atıb: nazirlik “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında təqdim edir. Belə ki, artıq http://sosial.gov.az/list-of-persons-involved-in-social-work linkinə daxil olmaqla hər bir şəxs bu proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim olunur.

İşsiz və işaxtaran şəxslər proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.) nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər. Onların hər biri ilə əmək müqaviləsi bağlanıb. Bu da onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmalarına imkan verib

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2019 11:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə