Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cərrah-transplantoloq Mircəlal Kazımi növbəti canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda çıxış edəcək

Cərrah-transplantoloq Mircəlal Kazımi növbəti canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloqu Dr. Mircəlal Kazımi 18 oktyabr 2019-cu il tarixində saat 20.00-da  canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda  çıxış edəcək və bu mövzuda izləyicilərin suallarını cavablandıracaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən  facebook səhifəsi vasitəsilə  ünvanlamaq  mümkündür. 

Canlı yayım oktyabrın 18-də saat 20.00-da Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən təşkil olunacaq (https://www.facebook.com/customshospital/).  Canlı yayım barədə əlavə məlumat üçün facebook səhifəsinə yaza və ya (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qara ciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.   

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəssis

16 Oktyabr 2019 11:25 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə