Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillər və aztəminatlı ailələr diqqət mərkəzindədir

Əlillər və aztəminatlı ailələr diqqət mərkəzindədir

Möhtərəm Prezidentimiz dəflərlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə,  aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların,  doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud  şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə,  həmin kateqoriyalardan olan həssas qəlbli  insanlar  mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirliməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

Təbii ki, bütün bunlar dövlət başçımızın, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  fəaliyyətinin əsasını təşkil edir.  Əlillər və aztəminatlı ailələr  daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan  Prezidentinin 25 fevral 2019-cu il  tarixli sərəncamı  xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadı. Eyni zamanda. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən  sosial müavinətin məbləği  artırıldı.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  bu istiqamətdə yorulmaz fəaliyyəti  yüksək qiymətə layiqdir.  Mərhəmətli xanımın fəaliyyətinin  əsas amillərindən biri də ölkəmizdə sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə, neçə-neçə aztəminatlı ailəyə sevinc və  gələcəyə böyük inam hissi bəxş etməkdir. Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət  yüksək humanizmin, diqqət və qayğının, vətənpərvərliyin və öz xalqına sıx bağlılığın, bitib tükənməz xeyirxahlığın  bariz nüminəsidir.

Hazırda ölkəmizdə 626 min 947 əlill şəxs var. Bunlardan 66 min 63nəfəri  sağlamlıq imkanları məhdud olan  uşaqlardır. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2 min 664-ü xüsusi internat məktəblərində təhsil alır ( onlardan 1353 nəfəri müəssisədə gecələyir) , 7 min 750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. Bu kövrək qəlbli insanlarla  daim ünsiyyətdə olan bir şəxs kimi əminliklə deyə bilərəm ki,  onlara həyatın sevincini hiss etmək imkanı verdiyinə, xoş ümidlər bəxş etdiyinə, təmənnasız qayğısını onlardan doğma ana kimi əsirgəmədiyinə,  şəfqətinə görə şəxsən Mehriban xanım Əliyevaya  dərin minnətdarlıqlarını bildirirlər.

Rəhbərlik etdiyim  “Əlillərə və aztəminatlı ailələrə İctimai Dəstək” Fondu 1999-cu ildən fəaliyyət göstərir. Bu illər ərzində fondun əsas fəaliyyəti xeyriyyəçilik, Bakıda və respublikanın bölgələrində yaşayan əlillərin və aztəminatlı ailələrin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində dövlətin strateji kursuna xidmət etmək və dəstək vermək olub. Əlilləri, sağlamlıq imkanları mədud olanları  və diqər həssas qəlbli insanları müxtəlif  bəhanələrlə və ya yalan vədlərlə mövqelərindən döndərmək mümkün deyil. Çünki onlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar və  bunu gündəlik həyatlarında hiss edirlər.

 

Gülbəniz BAYRAMOVA,
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu”nun direktoru

16 Oktyabr 2019 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə