Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir

Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir

Hindistanda azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi olan Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü 2018-ci il oktyabrın 2-dən 2019-cu il oktyabrın 2-dək dünyanın hər yerində qeyd olunur. Bu davam edən tədbirlər çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi 14 oktyabr 2019-cu ildə ADA Universitetində Mahatma Qandinin 150-ci ildönümünə həsr olunan tədbir təşkil etmişdir.

Tədbirdə çıxış edən ADA Universitetin prorektoru Fariz İsmayılzadə, Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvawna, Səfirliyin ikinci katibi Sujesh Chandra Sinha və Hindistanlı natiqlər Dr.Purva Bhardwaj və xanım Purnima Gupta öz çıxışlarında dahi şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışmışlar.

Səfirlik eyni zamanda ADA Universitetində Azərbaycan Rəssamlar İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi keçirmişdir.Sərgidə görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovun və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 40-a yaxın rəssamın çəkdiyi, Mahatma Qandiyə həsr olunan rəsm əsərləri nümayiş olunmuşdur.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

15 Oktyabr 2019 15:30 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə