Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Azərbaycan xalqı yekdilliklə Prezidentin apardığı siyasəti dəstəkləyir

Deputat: Azərbaycan xalqı yekdilliklə Prezidentin apardığı siyasəti dəstəkləyir

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycan xalqının iradəsinin ifadəsidir, dövlətin mövqeyidir. Prezident bu çıxışı ilə Ermənistanı bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Bəxtiyar Əliyev bildirib ki, Prezidentin bu bəyanatı, eyni zamanda dünyaya bir mesajdır: “Biz mövqeyimizi dövlət başçısının apardığı düzgün siyasət çərçivəsində qurmalıyıq. Cənab Prezident bunu bəyan etmişdi və öz siyasətində də bunu göstərir ki, biz hücum siyasətini davam etdirməliyik. Prezidentin apardığı hücum siyasəti düşməni ifşa etmək, ona həm diplomatiya, həm iqtisadi sahədə sarsıdıcı zərbələr vurmaqdır. Biz hər birimiz bu siyasəti davam etdirməliyik”.

B.Əliyev əlavə edib ki, Azərbaycan xalqı yekdilliklə Prezidentin apardığı bu siyasəti dəstəkləyir və daim öz liderinə dəstək olacaq.

15 Oktyabr 2019 14:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə