Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Qazaxıstan əlaqələri yüksək səviyyədə inkişaf edir

Azərbaycan–Qazaxıstan əlaqələri yüksək səviyyədə inkişaf edir

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər nazirləri Şurasının Bakıda keçirilən 7-ci iclası çərçivəsində Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan və Qazaxıstan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını qeyd ediblər. Həmçinin ticarətin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşün yekununda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın daxili işlər naziri Erlan Turqumbayev “2009-cu il 2 oktyabr tarixində Azərbaycan Respublikası hökuməti və Qazaxıstan hökuməti arasında, vətəndaşların qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar. 

14 Oktyabr 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə