Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Serj Sarkisyanın bəd əməllərinin təməlində Njde Qaregin “təlimi” dayanırmış

Serj Sarkisyanın bəd əməllərinin təməlində Njde Qaregin “təlimi” dayanırmış

Xocalı soyqırımını törətmiş və sonra müxtəlif tribunalardan həmin qaniçənliyi ilə fəxr etdiyini söyləmiş Serj Sarkisyanın murdar xislətinin təməlində doğulub böyüdüyü Sovet ölkəsinə xəyanət etmiş, Almaniyanın faşist rəhbərlərinin tapşırığı ilə SSRİ ərazisində çoxsaylı təxribatlar törətmiş, minlərlə yəhudinin ölümünə səbəb olmuş Njde Qareginin “təlimi” dayanır. Njde Sovet İttifaqında doğulub, böyüyüb, yaşayıb Hitlerə işləmişdisə, Serj Sarkisyan da Azərbaycanda doğulub, böyüyüb, yaşayıb, uzun illər boyu Dağlıq Qarabağın çörəyini yeyib, sonra quduz Zori Balayana qoşularaq öz həmvətənlərinə – azərbaycanlılara qarşı soyqırımı təşkil etmişdir.

Bu şərəfsiz insanın 1990-cı ildə yaratdığı Ermənistan Respublikaçılar Partiyasının nizamnaməsinin ilk cümləsi belədir: “ Ermənistan Respublikaçılar Partiyası özünün ideoloji əsasını Qaregin Njdenin təlimindən götürüb”. Yəni bunlar xəyanət və satqınlığı, qaniçənlik və quldurluğu “təlim” kimi qəbul edir və partiyaya qəbul olunan yeni üzvlərdən tələb edirlər ki, mütləq xəyanət etməyi, qan tokməyi, satqınlığı öyrənsinlər. 
Qeyd olunur ki, 1967- 1987-ci illərdə xarici ölkələrdə mövcud olmuş Ermənistan Vahid Milli Partiyasının bir çox üzvləri indi gizli şəkildə olsa da, Ermənistan Respublikaçılar Partiyasının sıralarında fəaliyyət göstərirlər. Bu isə o deməkdir ki, Ermənistan Respublikaçılar Partiyası etnik-dini erməni hərəkatını siyasi-ideoloji əsas kimi götürmüş Ermənistan Vahid Milli Partiyansının varisidir. Yəni, hamısı iyrənc “Miatsum” xəstəliyinə mübtəladırlar.
Partiyanın əsası Qarabağda azərbaycanlı gənclərin “Ermənistan Azadlıq ordusu” adlı hərbi –siyasi təşkilat tərəfindən öldürüldüyü günlərə təsadüf etsə də, təsis qurultayı 1990-cı il aprelin 2-də keçirilib. İlk mütəşəkkil hərəkatları 1990-cı ilin may ayında Nubaraşendə sovet qoşunlarına qarşı çıxışlar olub. Yəni ilk addımları da xəyanət və satqınlıqdan ibarət olub. Məhz çar Rusiyasının köməyi ilə Qafqaza köçürülüb, özgə torpağında dövlət qursalar da, əllərinə imkan düşən kimi rus hərbçilərinə güllə atıblar. İnternet resurslarında göstərilir ki, 2001-ci ildə erməni millətçisi Andranik Marqaryanın təşəbbüsü ilə Qaregin Njdenin 115 illiyi dövlət səviyyəsində qeyd edilib. Həmin yubileyin bir çox elm və təhsil müəssisələrində qeyd edilməsi az imiş kimi, Njdenin Bolqarıstandan gətirilmiş, indiyədək işıq üzü görməyən materialları əsasında iki cildlik kitab da ərsəyə gətiriblər.
Bu günlərdə isə oxuculardan biri redaksiyamıza zəng edərək bildirdi ki, Ermənistan Respublikaçılar Partiyasının gerbi faşist Almaniyasının svastikası əsasında hazırlanıb. Həmin gerbin fotosunu hörmətli oxuculara təqdim edirik. Hamı bilsin ki, faşistlik bu adamların qanında və canındadır. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə