Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan erməni xalqını fəlakətə sürükləyir

Paşinyan erməni xalqını fəlakətə sürükləyir

MDB Dövlət Başçıları Şurasının Aşqabadda  məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin Ermənistanda faşizmə xidmət etmiş nasistin qəhrəmanlaşdırılmasını kəskin tənqid atəşinə tutması Azərbaycan  ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb.  Azərbaycan Vətən Müharibəsi Veteranları ­İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu barədə fikirlərini oxucularımızla bölüşüb: 

– Mən dövlətimizin başçısının dərin məntiqə əsaslanan, parlaq çıxışı ilə televizyadan tanış oldum. Prezident İlham Əliyev Aşqabadda prinsipial mövqe nümayiş etdirərək qətiyyətlə dedi ki, Yerevanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə heykəl qoyulub və bu, tamamilə yolverilməzdir. 
Azərbaycan ­Prezidenti İlham Əliyevin həmin görüşdəki çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan dövlətimizn başçısının arqumentləri qarşısından geri çəkilməyə məcbur oldu. Onun çıxışı saxta və miskin təsir bağışladı.  
Axı, faşist cəlladını necə müdafiə etmək olar?! Hesab edirəm ki, Hilterin əlaltısı olmuş Qaregin Njdeyə bəraət qazandırmağa çalışan N.Paşinyan siyasi həyasızlığa və riyakarlığa yol verir. 
Reallıq budur ki, N.Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar, ümumiyyətlə peşəkar siyasətçiyə yaraşmır. Bəli, MDB dövlət başçılarının Aşqabaddakı görüşündə Prezident İlham Əliyev öz çıxışı ilə Paşinyanı yerinə otuzdurdu.
Bu, bir daha göstərir ki, Ermənistan hökuməti qatı millətçi və şovinist siyasət yürüdür. Dünya birliyi tərəfindən də bunun qarşısı qətiyyətlə alınmalıdır. 
Ermənistan işğalçı dövlətdir. Rəsmi İrəvan öz təcavüzkar siyasətindən əl çəkməlidir. Əks təqdirdə, Azərbaycan xalqı, Milli Ordumuz ən yaxın günlərdə əzəli və əbədi torpaqlarımızı işğaldan azad edəcək. Qoy Ermənistan rəhbərliyi  Azərbaycan Ordusunun şanlı Aprel dərslərini unutmasın!  
Yeri gəlmişkən, mən həyatımın ən gözəl illərini Qarabağda doğma torpağımızın müdafiəsinə həsr etmişəm. Bununla hər zaman fəxr edirəm. Biz, müharibə veteranları hər an yenidən silaha sarılıb ana Vətən uğrunda döyüşlərə atılmağa hazırıq. Mən Vətənə xidmət etməkdən bundan böyük bir şərəf işi tanımıram.  

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə