Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin faşistlərlə əməkdaşlığı barədə yeni faktlar

Professor Cəbi Bəhramovun mətbuata açıqlamasından:

Ermənilərin faşistlərlə əməkdaşlığı barədə yeni faktlar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın ­11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını kəskinliklə pisləyib.

“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”. Prezident əlavə edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.
Dövlətimizin başçısı 2019-cu ilin mayında çıxan Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini də xatırladıb. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramov mətbuata açıqlamasında bildirib ki, Prezidentin MDB dövlət başçılarının görüşündə səsləndirdiyi bu fikirlər yerində söylənilmişdir. 
Alim əlavə edib ki, Qaregin Njde, Dramas Qnanyan 1918-1920-ci illərdə Zəngəzurda, Naxçıvanda, Cənubi Azərbaycan ərazisində cinayətlərin törədiblər. Onların yerli Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətin miqyasını təsəvvürə gətirmək belə çətindir. Bu erməni cəlladlarının təkcə Zəngəzurda qətlə yetirdiyi insanların sayı 10 min 68 nəfərdir.
Professor qeyd edir ki, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra bəzi ermənilər özlərini Sovet hakimiyyətinin təzyiqindən qaçıb gizlənmiş kimi göstərirdilər: “Həmin ermənilər birbaşa almanların tərəfinə keçdilər. Mənim, rəhmətlik Çapay Sultanovla birlikdə bu mövzuda geniş tədqiqatlarımız var. Biz monoqrafiya da hazırlamışıq. Həmin kitabda Qaregin Njde başda olmaqla nasistlərin ifşası yer alıb. Orada göstərilir ki, Hitlerin yaxın ətraflarından olan Müller 1938-ci ilin oktyabr ayının 18-də Bakıya gəlir. C.Bəhramov qeyd edib ki, ermənilər Bakı şəhərinin neft mədənlərinin xəritəsini Müllerə verirlər.
Tarixçi əlavə edib ki, “Ermənilər 1941-ci ildə alman kəşfiyyatı ilə bir yerdə faşist Almaniyasının ideoloqlarından biri olan Alfred Rozenberqin qadın qohumunu İran ərazisindən Bakıya keçirirlər”. Sən demə, həmin qadın Yusif Məmmədəliyevi öldürmək üçün Bakıya gətirilib. Qadın Yusif Məmmədəliyevin rəhbərlik etdiyi kimya laboratoriyasına işə düzəldilir. Ermənilər ona yeddi kiloqram zəhərli - partlayıcı maddə verirlər ki, laboratoriyanı partlatsın. Lakin Sovet kəşfiyyatı duyuq düşüb, həmin qadını əməliyyatdan əvvəl həbs edir.
Əgər partlayış törədilsəydi, Bakı əhalisi kütləvi şəkildə məhv olacaqdı. Digər bir fakta da nəzər yetirək. İndiki Ukrayna ərazisində 17 min 856 nəfər yəhudinin soyqırımında üç min nəfər erməni iştirak edib. 

 

“Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə