Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəmiyyətin məqsədi oftalmologiyanın inkişafına kömək etməkdir

Cəmiyyətin məqsədi oftalmologiyanın inkişafına kömək etməkdir

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə görüş keçirilib.

Görüş zamanı AOC-nin sədri professor Elmar Qasımov, cəmiyyətin sədr müavini tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva, tibb üzrə elmlər doktoru Hicran Namazova, professorlar Paşa Qəlbinur, Çingiz Cərullazadə, Rasim Hacıyev, Kərəm Kərəmov, həkimlər Xəlil Hüseynov, Tural Qəlbinur, Ceyhun Nezerli, Anar Quliyev, Müşfiq Kərimov və Emin Əlihüseynli iştirak ediblər. 
Görüş zamanı həkimlər cəmiyyətə (AOC) üzvlük, oftalmoloji təhsilin artırılması, oftalmologiyada həkim etikası və deontologiya, beynəlxalq əlaqələr mövzusunda bir sıra fikir və təkliflər irəli sürərək, cəmiyyətin gələcək fəaliyyətində həyata keçiriləcək planları müzakirə ediblər.
Cəmiyyətin sədri professor Elmar Qasımov Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin hər bir oftalmoloqun çəkinmədən müraciət edə biləcəyi və təşkilatın əsas amalının Azərbaycan oftalmologiyasının, həmçinin ölkəmizin göz həkimlərinin peşəkarlığına, inkişafına yardım edəcək bir təşkilat kimi görmək istədiyini vurğulayıb.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinə üzv olmaq, eləcə də cəmiyyətin təşkil etdiyi tədbirlər və yeniliklər barədə məlumatlanmaq və ya hər hansı maraq doğuran sualla müraciət etmək istəyənlər [email protected] ünvanına yazıb, peşəkar mütəxəssislərdən suallarına cavab ala bilərlər.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə