Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarlarının nəzərinə!

“Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarlarının nəzərinə!

“Qaradağ Tikinti Quraşdırma” ASC  səhmdarlarının ümumi yığıncağı 26 noyabr 2019-cu il saat 15.00-da Qaradağ rayonu, Salyan şosesi 29-cu kilometr, 4  nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
İclasın gündəliyi:
1. Cəmiyyətin səhmdarlarının 20 sentyabr 2019-cu il tarixli yığıncağının qərarına uyğun olaraq əsas vəsaitlərin inventarlaşdırılması, müstəqil auditorun rəyinin, maliyyə-təsərüffat  fəaliyyətinin müzakirəsi.
2. Əsas səhmdarın müraciəti ilə “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakından ayrılaraq bölünməsi məsələsinin müzakirsi.
3. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölünmə balansına uyğun olaraq əsas səhmdar və cəmiyyət arasında bölünməsi məsələsinin müzakirəsi.
4. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölgüsü ilə əlaqədar tərtib olunmuş bölünmə balansını və təhvil-təslim aktını imzalamaq səlahiyyətinin cəmiyyətin sədrinə həvalə edilməsi məsələsinin müzakirəsi.
5. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədaar cəmiyyətin nizamnamə kapitalının həcminin və səhmdarların nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi. 
6. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin dövriyyədən çıxarılacaq səhmlərinin miqdarının müəyyən edilməsi.
7. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi.
8. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin müzakirəsi
Əlaqə telefonu - (050) 255-84-94.  

“Qaradağ Tikinti Quraşdırma” ASC-nin icra orqanı

15 Oktyabr 2019 02:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə