Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə Açıq Tender Elan Edir

Bakı Şəhər Baş Səhiyyə İdarəsi  tabeliyindəki müəssisələrə 2019-cu ilə  tələb olunan malların (iş və xidmətlərin)  satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 2 (iki) lot üzrə keçirilir.
Lot – 1. Digər alış və xidmətlərin satın alınması.
Lot – 2. Sair xərclərin satın alınması.
Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər .
İştirak haqqı Lot – 1 50 manat, lot - 2 isə 30 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI-MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN- 1401555071 
 KOD- 210005 
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
Hh- AZ54CTRE00000000000002128202
Kitab- 002736 
 Fond- 7, büdcə səviyyəsinin kodu- 142340
VÖEN- 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə vəya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müyyən etməyə imkan verən sənədlərin surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 noyabr 2019-cu il saat 18.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 noyabr 2019-cu il saat 14.00-a qədər Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvana təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılar açılışın nəticələri ilə 13 noyabr 2019-cu il saat 11.00-dan sonra portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

15 Oktyabr 2019 02:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə