Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən zəngin avtomobil biznesmenləri

Ən zəngin avtomobil biznesmenləri

"Bloomberg" agentliyi avtomobil istehsalçıları və dilerlərinin səhmlərinə malik dünyanın ən zəngin insanlarının reytinq siyahısını hazırlayıb.
Siyahının birinci pilləsində "Microsoft"un təsisçisi Bill Qeyts qərarlaşıb. Belə ki, onun "AutoNation" avtodillerinin səhm paketinin dəyəri 914,55 milyon dollar və ya 105 milyard dollarlıq şəxsi sərvətinin 0,9 faizini təşkil edir.
Reytinqdə ikinci mövqe "Tesla Inc" səhmlərinin ikinci ən böyük sahibi, "Oracle"ın təsisçisi Larri Ellisona məxsusdur. O, 730,77 milyon - 1 milyard dollarlıq səhm paketinə malikdir ki, bu da onun 58,5 milyard dollarlıq varidatının 1,3 faizi deməkdir.
Siyahıda üçüncü yerin sahibi "Tesla"nın baş direktoru İlon Maskdır. Onun səhmlərinin dəyəri 8,3 milyard dollara müvafiqdir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9 faizi).
Dördüncü pillədə inşaat maqnatı Pallonci Mistrinin adı çəkilir. O, hind avtomobil istehsalı şirkəti "Tata Motors Ltd"nin 302,7 milyon dollarlıq səhmlərinə (19,7 milyard dollarlıq sərvətinin 1,5 faizi) malikdir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

14 Oktyabr 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə