Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Etirazçılar hökumətlə razılığa gəliblər

Etirazçılar hökumətlə razılığa gəliblər

“Anadolu” agentliyinin verdiyi məlumata görə, Ekvadorda etirazçılar aksiyaları dayandıraraq hökumətlə razılığa gəliblər. İki həftə davam edən etirazlardan sonra hökumət və aksiya liderlərinin birgə bəyanatı açıqlanıb.
Bəyanatda bildirilir: “Ekvadorun bütün ərazisində səfərbərlik dayandırılır və biz ölkədə sülhü bərpa etməyi öhdəmizə götürürük”. Ekvador hökuməti isə öz növbəsində yanacaq imtiyazlarının bərpa olunacağını vəd edib.
Xatırladaq ki, Ekvador Prezidenti Lenin Morenonun iqtisadi islahatları və yanacağa subsidiyaların ləğv olunması barədə fərmanı səbəbindən ölkədə etiraz aksiyaları başlayıb. İğtişaşlarla müşayiət edilən nümayişlər zamanı 1121 nəfər saxlanılıb, 1340 nəfər xəsarət alıb və azı yeddi nəfər həlak olub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 Oktyabr 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə