Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mark ESPER: NATO öz müttəfiqinə qarşı vuruşmayacaq

ABŞ-ın müdafiə naziri “Sülh çeşməsi” əməliyyatını şərh edib

Mark ESPER: NATO öz müttəfiqinə qarşı vuruşmayacaq

“NATO-nun Yaxın Şərqdə öz müttəfiqi Türkiyəyə qarşı vuruşmaq niyyəti yoxdur”. Bu bəyanatı ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatına münasibət bildirərkən səsləndirib. Məlumatı “Anadolu” agentliyi yayıb. 
Pentaqon rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib: “Biz Yaxın Şərqdə Şimali Atlantika Alyansı üzrə köhnə müttəfiqimiz, Koreyadan Əfqanıstana qədər, bizimlə bir yerdə vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik”.
M.Esper, bununla bərabər belə bir narahatlığını da dilə gətirib ki, Suriyanın şimalında vəziyyət hər an mürəkkəbləşə bilər. O deyib: “Biz hazırda Suriyanın şimalından minə yaxın əsgərimizin təhlükəsiz çıxarılması üzərində iş aparırıq. Mən bununla əlaqədar hansısa konkret qrafik barədə söz açmağa lüzum görmürəm. Orada vəziyyət hər saat dəyişir”. 
M.Esper, həmçinin bildirib ki, ABŞ aviasiyası, artilleriya və motoatıcı hərbi dəstələr 15 minlik Türkiyə hərbçilərinə mane olmayacaq. 
Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı Suriyanın 109 kilometr ərazisini terrorçulardan azad ediblər.
Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun, ümumilikdə, 18 əsgəri şəhid olub. Davam edən əməliyyat zamanı indiyədək 520-dən çox terrorçu zərərsizləşdirilib. Xeyli terrorçu təslim olub. Əməliyyatlar uğurla davam etdirilir.

M.HACIXANLI, “Xalq qəzeti” 

14 Oktyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə