Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı yeni qaçqın axınından ehtiyat edir

Avropa İttifaqı yeni qaçqın axınından ehtiyat edir

Avropa İttifaqı (Aİ) ölkələri qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün hələ ümumavropa modeli hazırlaya bilməyib. Bir sıra üzv ölkələrin sərhədində nəzarətin gücləndirilməsi və tikanlı məftillər çəkilməsi də problemin həllinə kömək etməyib. Məlumatı “Anadolu” yayıb. 
Hazırda ekspertlər bu məsələnin həlli yolunu Brüssellə Ankara arasında danışıqların davam etdirilməsində görürlər. Ankara ilə razılaşmaya əlavə olaraq, Aİ Avropanın xarici sərhədlərinin qorunması üzrə agentlikdə çalışan işçilərin sayını 2020-ci ildə 10 min nəfərə çatdırmaq qərarına gəlib. 
Bununla belə, Aİ-nin miqrasiya böhranının qarşısını almaqla bağlı ümumi siyasətini formalaşdırmaq mümkün olmur. Hələ bu istiqamətdə ən real addım xarici sərhədləri möhkəmləndirməkdir. Brüssel 2014-2020-ci illərdə miqrasiya problemi ilə mübarizə üçün 13 milyard avro ayırıb. Gələcəkdə bu məbləği 35 milyard avroya çatdırmaq nəzərdə tutulur. 
Avropa müharibə təhlükəsindən xilas olmağa çalışan miqrantlar üçün sərhədlərini bağlamaqla yanaşı, başqa maneələr də yaradıb. İspaniya sərhədləri yaxınlığında iki, Macarıstan sərhədində üç, Bolqarıstan, Yunanıstan, Fransa, Avstriya, Sloveniya, Estoniya və Aİ üzvü olmayan Şimali Makedoniyanın hərəsinin sərhədində bir divar ucaldılıb. Bu divarları bəzi ölkələr öz sərhədlərində 2015-ci ildəki birinci miqrasiya böhranı zamanı tikmiş, bəziləri isə mövcud hasarları sonradan böyütmüş və tikanlı məftil setkalarını kilometrlərlə uzatmışlar.
Avropa Siyasi Təhqiqatlar Mərkəzinin eksperti Mikkel Barslant hesab edir ki, bəzi ölkələr arasında fikir ayrılığı üzündən Avropa yeni qaçqın axınına hazır deyil. Hələ qaçqınların bölüşdürülməsi üzrə kvota siyasəti də dəqiq həll edilməyib: “Egey dənizi vasitəsilə miqrant axınının qarşısını almaq üçün yeganə yol Türkiyə ilə dialoqdur”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə