Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Afrika qitəsinə ən çox sərmayə qoyan ölkələrin adları açıqlanıb

Afrika qitəsinə ən çox sərmayə qoyan ölkələrin adları açıqlanıb

Beynəlxalq Tövsiyyə və Yoxlama şirkəti (“Ernst & Young”) Afrikaya son 4 ildə ən çox sərmayə qoyan ölkələrin adlarını açıqlayıb. 
Şirkətin hazırladığı hesabata görə, Afrika qitəsinə 2014-2018-ci illərdə ən çox sərmayəni Çin qoyub. Belə ki, Çin qeyd olunan illərdə qitəyə 72,2 milyard dollar sərmayə yatırıb.
Çindən sonra “frankofon” (fransızca danışan) ölkələrə 34,1 milyard dollarlıq sərmayəsilə Fransa, 30,8 milyard dollarla ABŞ, 25,2 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri, 10,1 milyard dollarla Cənubi Afrika və 5,4 milyard dollarla İspaniya gəlir.
Çinin ən çox sərmayə qoyduğu sektorlar pərakəndə satış, infrastruktur, maliyyə, telekommunikasiya, turizm, media və texnologiya sahələridir.
Şimali Afrikadan sonra ən çox sərmayənin axdığı bölgələr isə Cənubi Afrika, Şərqi Afrika və Qərbi Afrikadır.
Qitədə son dövrdə texnologiya sərmayələri artıb. Belə ki, Afrikada indiyə qədər 600 texnologiya mərkəzi, Cənubi Afrika, Nigeriya və Misirdə də texnologiya şirkətləri qurulub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 Oktyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə