Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda faciə

Hindistanda faciə

Hindistanın Uttar-Pradeş ştatının şərqində yaşayış evinin uçması nəticəsində 12 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.
“NDTV” telekanalının məlumatına görə, hadisə Məhəmmədabad şəhərində baş verib. Qaz balonunun partlaması nəticəsində ikimərtəbəli bina uçub, sonra isə yanğın başlayıb.
Hazırda hadisə yerində xilasedicilər və həkimlər çalışırlar.
Ştat hakimiyyətinin başçısı Yoqi Adityanat  xəsarət alanlara və həlak olanların ailələrinə kömək göstərilməsini tapşırıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

14 Oktyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə