Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İnter”in yeni transfer planı

“İnter”in yeni transfer planı

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İtaliyada davam etdirə bilər.
Bildirilir ki, “İnter” 31 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Futbolçu üçün təklif hazırlayan klub, yanvar ayında “qırmızı şeytanlar”la danışıqlara başlamağı planlaşdırır. Mançester təmsilçisinin də cari mövsümün sonunda müqaviləsi bitəcək futbolçunu müəyyən məbləğ müqabilində satmağa razı olduğu bildirilir.
2017-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan serbiyalı futbolçu, cari mövsümdə bütün turnirlər daxil olmaqla 5 oyunda iştirak edib.
İnformasiyanı “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

14 Oktyabr 2019 22:19 - İDMAN
İDMAN
14 Noyabr 2019 | 01:26
“Son qərar Messinindir”
13 Noyabr 2019 | 00:35
İlin ən yaxşı oyunçusu
8 Noyabr 2019 | 23:15
Benzema Messiyə çatdı
8 Noyabr 2019 | 00:53
Ronaldo Maldiniyə çatdı
6 Noyabr 2019 | 22:52
Salah üçün 130 milyon avro

Köhnə versiyamızdan xəbərləri izlə