Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Helikopter sərgisi

Helikopter sərgisi

Çinin Tiencin şəhərində V Helikopter Sərgisi keçirilib. Bildirilir ki, dördgünlük sərgidə dünyanın 18 ölkəsindən helikopter, habelə helikopterlər üçün avadanlıq, ehtiyat hissələri istehsalı ilə məşğul olan təxminən 415 şirkət iştirak edib. Sərginin 165 min kvadratmetrlik ekspozisiya sahəsində hərbi və mülki helikopterlər, o cümlədən sərnişin və yük daşınması üçün nəzərdə tutulan helikopterlər, təcili tibbi yardım helikopterləri, fövqəladə hallarda istifadə olunan helikopterlər nümayiş olunub.
Sərgini, ümumilikdə, 30 min insan ziyarət edib.
Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə