Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ticarət həcmi azalıb

Ticarət həcmi azalıb

Çin və ABŞ-da illik əmsalda əmtəə dövriyyəsi 14,8 faiz azalaraq 402,66 milyard dollar təşkil edib. Məlumata görə, həmin dövr ərzində Çinin ABŞ-a ixracatı 10,7 faiz azalaraq 312 milyard dollara, idxal isə 26,4 faiz azalaraq 90,66 milyard dollara enib.
2017-ci ildə Çin və ABŞ arasında əmtəə mübadiləsi 12,3 faiz artaraq 583,7 milyard dollar təşkil edirdi. Bununla yanaşı, Çindən ABŞ-a ixracatın həcmi 11,5 faiz çoxalaraq 429,8 milyard dollara, ABŞ-dan mal idxal isə 14,5 faiz artaraq 153,9 milyard dollara qədər yüksəlmişdi.
Xəbəri TASS yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə