Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur

Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur

Pərakəndə satış mərkəzlərində alış-veriş zamanı kassa çekləri niyə tələb edilməlidir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, kassa aparatları bəzi fəaliyyət növləri istisna olunmaqla, bütün pərakəndə ticarət obyektlərində, kafe və restoranlarda tətbiq edilməlidir. Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur. Belə ki, alınmış malı geri qaytara və ya dəyişdirə bilir, həmçinin alınmış malın qiyməti barədə dürüst məlumata malik olmaqla, kölgə iqtisadiyyatı ilə mübarizədə ictimai nəzarəti həyata keçirir. Eyni zamanda, ticarət və iaşə obyektlərində əməliyyatların kassaya vurulması və kassa çeklərinin təqdim olunması təkcə sahibkarla alıcının deyil, bütövlükdə hər bir vətəndaşın maraqlarına xidmət edir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

14 Oktyabr 2019 17:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə