Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oktyabrın 13-də gözlənilən hava şəraiti haqqında məlumat

Oktyabrın 13-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə

yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

arabir güclənən şimal-qərb küləyi əsəcək,  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  20-24° isti,

Bakıda gecə 15-17° isti, gündüz  20-22°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.  

Azərbaycanın rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Bəzi  yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.  Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  20-25° isti, dağlarda gecə 5-7° isti, gündüz  12-17° isti təşkil edəcək.

12 Oktyabr 2019 16:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə