Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət düşərgəsində həyəcan

Müxalifət düşərgəsində həyəcan

Hazırda müxalifət düşərgəsində güclü həyəcan davam edir. Bunlardan birincisi “görkəmli hüquqşünas”,millət fədaisi” , AXCP sədri Əli Kərimlinin və milli şuranın digər üzvlərinin  oktyabrın 8-də piketə gəlməməsi, xalqı aldatmaqları, digəri isə Müsavat Partiyasında azad seçkilərin keçirilməməsidir.

Xalqı yürüşə dəvət edən Əli Kərimli və onun baş köməkçisi Gültəkin Hacıbəyli piketə gəlmədilər. Müsavat Partiyasında böyük nüfuzu olan  İsa Qəmbər isə bildirdi ki, bütün müsavatçılar Arif Hacılıya səs versinlər. Azad seçkidən danışan Tofiq Yaqublu  artıq özünü itirib.

“Sülh və demokratiya carçısı” Sevinc Osmanqızı isə dəridən qabıqdan çıxaraq Əli Kərimlini  müdafiə etsə də, bir nəticə alınmır. İsa Qəmbərə isə müraciət edərək: “ İsa bəy gərək belə etməyəydiniz.

Beləliklə, xalqı aldadan Əli Kərimli nə piketə gəldi, nə də yürüşə çıxdı. Onun “dahiyanə” məkrli , radikal planı isə həyata keçmədi.

İqtidardan azad seçki tələb edən Tofiq Yaqublu isə heç öz partiyasında azad, ədalətli, demokratik seçki yarada bilmir.

İstər ümummilli liderimiz  Heydər Əliyevin , istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə  Azərbaycanda azad,demokratik, ədalətli seçkilər olub. Hər bir seçici öz istədiyi namizədə səs verib. Müxalifət niyə iqtidara böhtan atır.  Xalqı niyə aldadır.

Artıq xalq da başa düşür ki, Əli Kərimli və onun silahdaşları xalqdan  bir alət kimi istifadə etmək istəyirlər. Buna görə də xalq onları qəbul etmir və etməyəcək də.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
 

12 Oktyabr 2019 15:57 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə