Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada kütləvi evakuasiya

Yaponiyada kütləvi evakuasiya

Yaponiyaya gələn güclü “ Xaqibis” tufanı ilə bağlı əhalinin  kütləvi evakuasiyasına başlanılıb. Ölkənin mərkəzindən 10 milyon nəfər evakuasiya edilib.

Paytaxt Tokioda  güclü yağış yağır. Küləyin sürəti saniyədə 65 metrə çatır. Tufan nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb.

Böyük mağazalar, apteklər aeroportlar bağlanıb. Qatarların hərəkəti dayandırılıb.

Mütəxəssislər bildiriblər ki, son 60 ildə bu, ən güclü tufandır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2019 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə