Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevgeni Mixaylov: Azərbaycan lideri Aşqabadda bütün MDB ölkələrinin Ermənistanın hazırkı siyasətini mühakimə edən mövqeyini səsləndirdi

Yevgeni Mixaylov: Azərbaycan lideri Aşqabadda bütün MDB ölkələrinin Ermənistanın hazırkı siyasətini mühakimə edən mövqeyini səsləndirdi

Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov bildirib ki, Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir. Bu ölkənin Baş naziri N.Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin qəhrəmanlığı barədə bəyanatları tamamilə destruktivdir və ilk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir.

Ekspertin fikrincə, bununla da N.Paşinyan nəticələri nəzərə almadan növbəti dəfə Moskvanın bostanına daş atıb: “Amma, Paşinyan böyük səhv edir. Rusiyanın gec reaksiya verməsi və hələ də heç bir irad bildirməməsi heç nəyi ifadə etmir. Hələlik, Moskva Ermənistanın yeni hakimiyyətini ağıllandırmağa çalışır, bunun üçün son ümidlər də itsə, fikrimcə, daha kəskin addımlar atılacaq”.

Y.Mixaylov hesab edir ki, Yerevan indiki hökumət zamanında faşizmin qəhrəmanlaşdırılması kursunu götürüb: “Əks təqdirdə, onun SS legionuna rəhbərlik etmiş, üçüncü reyxin əlaltısı Qaregin Njde barədə xüsusi fikri izahedilməzdir. Hesab edirəm ki, Azərbaycan lideri Aşqabad sammitindəki bəyanatında əvvəllər SSRİ-nin tərkibində olmuş və indi Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirib”.

 

“Xalq qəzeti”

12 Oktyabr 2019 14:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə