Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli politoloq: Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevrilib

İsrailli politoloq: Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevrilib

İsrailli ekspert Yuri Boçarov Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njde haqqında sözlərini şərh edərkən bildirib ki, faşist əlaltıları bu günkü Ermənistanın qəhrəmanına çevriliblər.

Ekspert qeyd edib ki, Ermənistan indi dalana dirənib: “O, Qərbə lazım deyil və Şərqə yol tapa bilmir. Bu cür bəyanatlarla ölkə həm Rusiya, həm Azərbaycan, həm də digər MDB dövlətləri ilə bütün əlaqələri kəsir. Digər tərəfdən də biz başa düşürük ki, Paşinyan müvəqqəti fiqurdur. O, “daxili inqilab” fonunda təsadüfən peyda olub. Onun sabahı yoxdur. Paşinyan öz sözlərinə, hərəkətlərinə, Ermənistana cavab vermir. O, Ermənistanın rəhbəri deyil".

Y.Boçarov bildirib ki, Paşinyanın fikrincə, faşist əlaltıları guya vaxtilə Ermənistanın azadlığı üçün mübarizə aparıbmış: “Nikol Paşinyan ölkənin rəhbəri olmayan müvəqqəti fiqurdur və ilk növbədə, prinsip etibarilə onu, bu kursu dəstəkləyən millətçilərə yarınmaq üçün dəridən-qabıqdan çıxmalıdır. Ermənistanın bütün problemi ondadır ki, o, hara, kiminlə getdiyini və necə edəcəyini bilmir. Paşinyan “bütün toylarda oynamağa” çalışır, hara çağırsalar, ora da gedir”.

Y.Boçarov əlavə edib ki, Böyük Vətən müharibəsinin yekunlarını təkrar nəzərdən keçirmək son dövrlərdə dünyada problemə çevrilib: “Bir çox ölkələrdə, xüsusilə də Şərqi Avropada, bəzi MDB ölkələrində hakimiyyətdə qərbyünömlü kursun olması Böyük Vətən Müharibəsinin yekunlarına yanaşmanın indikatoruna çevrilib. Burada əsasən Rusiya ilə qarşıdurma nəzərə çarpır. Bir çox ölkələrdə dünənki düşmənlər qəhrəmanlar, dünənki qəhrəmanlar isə işğalçılar kimi qələmə verilir. Fakt odur ki, müharibə, azadlıq müharibəsi baş verib, milyonlarla insan həlak olub ki, bu gün faşizmi qəhrəmanlaşdıran ölkələr azad olsun. Amma bu gün qərbyönümlü ideologiya naminə ölkələrin kursları, İkinci Dünya Müharibəsinə yanaşma dəyişir”.

 

"Xalq qazeti"

12 Oktyabr 2019 14:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə