Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elman Nəsirov: Prezident İlham Əliyev Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi

Elman Nəsirov: Prezident  İlham Əliyev Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi

Millət vəkili Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açmaq üçün daim beynəlxalq tribunalardan maksimum istifadə edib.

Elman Nəsirov qeyd edib ki, Azərbaycan Prezidentinin xüsusilə son iki beynəlxalq tədbirdəki çıxışı bu faktları bir daha təsdiqlədi: "Azərbaycan Prezidenti hücum taktikasına söykənən bir siyasət həyata keçirir. Dövlət başçısı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Böyük Vətən müharibəsindəki qələbəyə Azərbaycanın verdiyi töhfələri konkret faktlarla açıqladı. Bildirdi ki, bunun qarşılığında bu gün Ermənistanda faşizmin təbliğatı aparılır, faşizmə xidmət edən şəxslərin əbədiləşdirilməsi, onların qəhrəmanlaşdırılması siyasəti həyata keçirilir ki, bu da qəbuledilməzdir.

Cənab Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən müharibəsində faşitlərə yardım edən Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut etdi və 2011-2015-ci illərdə hazırlanmış fundamental bir ensiklopediyadakı faktları ortaya qoydu. Hansı ki, bu ensiklopediya Rusiyanın Müdafiə Nazirliynin baş redaksiya heyəti tərəfindən, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlanıb. 12 cilddən ibarət olan ensiklopediyaya istinad edən Azərbaycan Prezidenti təkzibolunmaz faktları bəyan etməklə Ermənistan hakimiyyətinin riyakar siyasətini ifşa etdi".

E.Nəsirov vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin çox uğurlu bir siyasi gedişi idi: "Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Azərbaycan Prezidenti isə lazımi yerdə, lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təstiqləyir".

 

“Xalq qəzeti”

12 Oktyabr 2019 14:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə