Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi. 

Azərbaycanın ­Rusiyadakı səfiri, ­MDB-yə üzv ölkələrin ­Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti ­Qurbanqulu Berdiməhəmmədova təqdim etdi. 
İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı. 
* * *
Daha ­sonra Türkmənistan ­Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. 
Azərbaycan ­Prezidenti İlham Əliyev qəbulda ­iştirak etdi.
* * *
Bununla da Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.

 

AZƏRTAC

 

12 Oktyabr 2019 00:36 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə