Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın saxta informasiya mifinə böyük zərbə

Ermənistanın saxta informasiya mifinə böyük zərbə

“Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Diskussiya Klubunda iştirakı və orada məzmunca tutarlı və qəti fikirlər səsləndirməsi Ermənistanın saxta informasiya mifinə sarsıdıcı zərbə idi. Bu çıxış Nikol Paşinyanın populist bəyanatlarını alt-üst etdi...” Bu fikirləri Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu, “Dağlıq Qarabağ”ın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov bildirib. 

Fəxri konsul qeyd edib ki, “Valday” Diskussiya Klubunda dövlət başçımızın çıxışı maraqla qarşılandı və düşmənlərimizə ciddi mesajlarla yadda qaldı. Prezident budəfəki tədbirdə- dünyanın 40-a yaxın ölkəsindən çoxsaylı dövlət xadimlərinin, nüfuzlu ictimai xadimlər və media nümayəndələrinin olduğu məkanda Ermənistan baş nazirinin son vaxtlar səsləndirdiyi məsuliyyətsiz və işğalçı bəyanatlarına qəti cavab verdi.  Belə nüfuzlu bir platformada Azərbaycan ­Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə məlumatların doğruluğuna dünya miqyasında əminliyi bir daha artırdı. 
C. Ələkbərov bildirib ki,  Prezident İlham Əliyev münaqişənin həllində Paşinyanın üçüncü tərəf kimi “Qarabağ xalqı” ifadəsinə ciddi təpki göstərdi və vurğuladı ki, bu anlayış ümumiyyətlə mövcud deyil və yanlış ifadədir. Qarabağ əhalisi var və bu, azərbaycanlı və erməni icmasından ibarətdir. 
Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dövlət başçısının mövzu barədə çıxışının yekununda “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.  Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini xüsusi vurğulaması erməni tərəfin sərsəm bəyanatlarına tutarlı cavab kimi tarixə düşdü. Azərbaycan Prezidenti bunu deməklə əsl prinsipiallıq nümayiş etdirdi. Bu bəyanat xüsusi maraq doğuraraq diskussiyalara səbəb oldu. 
Şübhəsiz ki, ölkə rəhbərinin çıxışı Ermənistanda da­ birmənalı qarşılanmadı.  Bir sıra ekspertlər narahatlıqlarını müxtəlif formada dilə gətirərək bu çıxışın Ermənistanın informasiya müharibəsinə vurulan sarsıdıcı zərbə kimi dəyərləndirdilər. Çünki ermənilər Qarabağ münaqişəsi ətrafında dünyaya yalan məlumatlar yayır və guya Azərbaycanın bu məsələdə haqsız olması barədə saxta mif formalaşdırmağa çalışırlar. 

Anar TURAN, 
“Xalq qəzeti”

12 Oktyabr 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə