Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. Belə ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.
O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 Oktyabr 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə