Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev Göyçayda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Göyçayda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.

Səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasında Ağsu və Göyçay rayon sakinlərini qəbul edib. Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Oktyabr 2019 11:59 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə