Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Suraxanı qəsəbəsində növbəti səyyar qəbul

Yeni Suraxanı qəsəbəsində növbəti səyyar qəbul

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni ­Suraxanı qəsəbəsindəki 101 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Tədbirdə yerli dövlət idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

 Səyyar qəbul-görüşdə sakinlərə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin birinci yarısında qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilən qərarlar barədə ətraflı məlumat verilərək bildirilib ki, dövlətin sosial sahədə, insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər uğurla davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlarla minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları artırılıb. 
Sakinlərə ölkə başçısının yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verilərək vurğulanıb ki, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başlanıb. Bu mərhələdə minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılıb. Artımlar, ümumilikdə, 20–50 faiz təşkil edib. İkinci sosial paket çərçivəsində reallaşdırılan tədbirlər isə 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olub. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edib. Həmin insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Bundan başqa, 750 min nəfərin pensiyasında artım baş verib. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.
Rayon rəhbəri daha sonra qəbul edilən Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Yeni Suraxanı qəsəbəsində görülmüş işlər barədə danışıb və 2019–2013-cü illəri əhatə edən dövlət proqramında icrası nəzərdə tutulan abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırıb. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə də aydınlıq qətirib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

 

“Xalq qəzeti”

12 Oktyabr 2019 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə