Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin arasında ticarət danışıqlarının yeni mərhələsi

ABŞ və Çin arasında ticarət danışıqlarının yeni mərhələsi

Birləşmiş Ştatlarda ABŞ və Çin dövlət nümayəndələri arasında ticarət danışıqlarının yeni mərhələsi başlanıb. Prezident Donald Trampın sözlərinə görə, Çin ABŞ ilə ticarət sövdələşməsi bağlamağa daha çox çalışır. Bu barədə  “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, ABŞ lideri jurnalistlərə deyib: “Zənnimcə, Çin sövdələşmənin  əldə olunmasını məndən çox istəyir. Məsələ bundadır: sövdə bağlamağı mən istəyirəmmi? Cavab da belədir: Əgər bizim bağladığımız sövdə düzgün olacaqsa, mən bunu məmnuniyyətlə edərəm”.
Qeyd edək ki, danışıqlar prosesində ABŞ nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin və ABŞ Prezidentinin beynəlxalq ticarət danışıqları üzrə nümayəndəsi Robert Laythauzer başçılıq edir. Çin nümayəndə heyətinə isə  Baş nazirin müavini Lyu He rəhbərlik edir.
Məlumat üçün deyək ki, əgər tezliklə ticarət sazişi bağlanmazsa, Tramp administrasiyası oktyabrın 15-dən 250 milyard dollar dəyərində Çin malları üçün tarifləri artıracaq. Bu barədə hələ ötən ay Ağ ev lideri xəbərdarlıq etmişdi. Bundan başqa,  ABŞ 28 Çin şirkətini qara siyahıya daxil etmək və bəzi çinli məmurlara viza verilməsini dayandırmaq niyyətindədir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

12 Oktyabr 2019 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə