Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olundu

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olundu

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yazıçı – dramaturq, jurnalist, naşir və ictimai xadim Cəlil Məmmədquluzadənin  anadan olmasının 150 illik yubileyi qeyd edildi.
 Muzeyin direktoru, akademik Rafael Hüseynov “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” adlı məruzəsi ilə tədbiri açaraq bildirdi ki, Cəlil Məmmədquluzadənin vəfatından  90 ilə yaxın vaxt keçsə də sağlığında olduğu kimi, bu gün də bir çox böyük sənətkarlar onu özlərinin müəllimi hesab edirlər. Mirzə Cəlilin əsərlərini oxuduqca müəllifin yaşlı, müdrik bir insan olduğu qənaətinə gəlirsən. Təəssüf ki, o qısa və şərəfli bir ömür yaşamışdır. Onun yazdığı bütün əsərləri pak vicdanın səsi idi.
Akademik vurğuladı ki,  Cəlil Məmmədquluzadənin əsərləri teatrlarımızda bu gün də uğurla oynanılır, kitabları nəşr olunur, haqqında filmlər çəkilir. O, dünyadan köçsə də Azərbaycan xalqının qəlbində yaşayır və həmişə bizimlə olacaq.
 Muzeyin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə ­doktoru Nəzmiyyə Yigitoğlu ­“Tarix “Molla Nəsrəddinin gözü ilə”, “Mədəni irs və mənbəşünaslıq”  şöbəsinin əməkdaşı Ülviyyə Həsənova “Cəlil Məmmədquluzadə yadigarları” adlı məruzə ilə çıxış etdilər. Çıxışlarda böyük mütəfəkkirin muzeydə saxlanan şəxsi əşyaları, yazıçıya aid eksponatlar haqqında ətraflı məlumat verildi. 
Tədbir çərçivəsində Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş etdirildi.

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

 

12 Oktyabr 2019 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə