Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən dövrdə peşə reabilitasiya mərkəzinə 1720 gənc qəbul edilib

Ötən dövrdə  peşə reabilitasiya mərkəzinə 1720 gənc qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə ötən dövrdə 1720 gənc (o cümlədən cari ilin 9 ayında 123 gənc) qəbul olunub.

Qeyd edək ki, müəssisə sağlamlıq imkanları məhdud gənclərin sosial və peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması məqsədi ilə fəaliyyət göstərir. Burada gənclərin kompüter istifadəçisi, dərzilik, bərbərlik, ağac üzərində oyma, toxuculuq, rəssamlıq, xalçaçılıq, aşbaz köməkçisi, montajçı-operator və s. üzrə peşə hazırlığı təmin edilir.

Peşə təlimində olduqları müddətdə gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir.  

Hazırda Peşə Reabilitasiya Mərkəzində 100-ə yaxın gənc peşə təlimindədir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Oktyabr 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə