Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.Çavuşoğlu: YPG İŞİD yaraqlılarından sipər kimi istifadə edir

M.Çavuşoğlu: YPG İŞİD yaraqlılarından sipər kimi istifadə edir

Türkiyənin xarici işlər naziri ­Mövlud Çavuşoğlu “CNN Türk” telekanalına müsahibəsində bildirib ki, YPG yaraqlıları Türkiyə əsgərlərinə qarşı İŞİD terrorçularından sipər kimi istifadə edirlər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xarici işlər naziri vurğulayıb ki, YPG terrorçuları bu yolla “Sülh çeşməsi” əməliyyatının legitimliyini  şübhə altına almağa cəhd edirlər. Türkiyənin məqsədi həm İŞİD, həm də digər terror təşkilatlarına qarşı mübarizə aparmaqdır.  
Yeri gəlmişkən,Türkiyə hökuməti Ankaradakı xarici ölkələrin diplomatik missiyalarının rəhbərlərini “Sülh çeşməsi” əməliyyatının gedişi barədə mütəmadi məlumatlandırır. Dünən Avropa İttifaqının Ankaradakı səfiri Kristian Berger Xarici İşlər Nazirliyinə dəvət olunaraq məlumatlandırılıb. Bundan əvvəl isə XİN-ə ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İran səfirləri, eləcə də Çinin  müvəqqəti işlər vəkili dəvət olunmuşdular.  
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Suriyanın şimalındakı hərbi əməliyyatlar hazırda uğurla davam etdirilir. İlkin məlumatlara görə, artıq 300-dən çox PKK və YPG yaraqlısı zərərsizləşdirilib.  
Dünən yaraqlılar qardaş ölkənin sərhədə yaxın ərazilərdəki yaşayış məntəqələrini raket atəşinə tutublar. Əsasən, Şanlıurfa şəhərinin Akçakale, Birecik ve Ceylanpınar, Mardinin Nusaybin rayonları hədəfə alınıb. Son məlumata görə, atılan raketlər nəticəsində 15 nəfər xəsarət alıb. Yaralananların arasında uşaqlar da var. Əməliyyat başlanandan indiyədək Nusaybin rayonuna 130 raket atılıb.
Türkiyə Silahlı Qüvvələri raket hücumlarının qarşısının alınması istiqamətində tədbirlər görür.

M.HACIXANLI, “Xalq qəzeti”

 

12 Oktyabr 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə