Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 25 ilin ən böyük qoşun dislokasiyası

Son 25 ilin ən böyük qoşun dislokasiyası

“Reuters” agentliyinin məlumatına görə, Pentaqon son 25 ildə Avropada ABŞ-ın ən böyük qoşun kontingentinin dislokasiyasını elan edib. Bildirilir ki, Amerika hərbçiləri “Avropanın müdafiəçisi – 2020” adlı çoxmillətli qoşun kontingentinin təlimlərində iştirak edəcəklər.

Məlumata görə, hərbi təlimlər 2020-ci ilin aprel–may aylarında keçiriləcək, hərbi ­personalın bu əraziyə hərəkəti isə fevral–iyul ayları üçün nəzərdə tutulub. Təlimlərə ­ABŞ-dan Avropaya 20 minlik hərbi personalın və texnikanın göndərilməsi daxildir.
Təlimlərdə daha 17 min hərbi qulluqçu, o cümlədən Pentaqonun bölgədəki hərbi hissələri, NATO-ya üzv ölkələrin və ABŞ-ın Avropadakı digər tərəfdaşlarının ­qoşunları iştirak edəcəklər. Belə ki, 18 ölkənin hərbçilərindən təşkil olunacaq kontingent Avropanın əvvəlcədən planlaşdırılmış 10 ölkəsində keçiriləcək təlimlərə qatılacaqlar.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 Oktyabr 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə