Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Valideynlər cərimələnə bilər

Valideynlər cərimələnə bilər

Rusiyada azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürülüb. Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən təklifdə siqaret çəkməyə başlayan uşaqların valideynlərinin 2 min rubladək cərimələnməsi təklif olunur. Məsələ ilə bağlı artıq yeni təkliflər paketi hazırlanıb. 
Qeyd edək ki, Rusiyada azyaşlılar arasında tütün məmulatlarından istifadə edənlərin sayı çoxluq təşkil etdiyi üçün 2009 və 2014-cü illərdə Dövlət Dumasına analoji qanun layihələri təqdim olunub. Nazirliyin təklifi də məhz bu prosesin qarşını almaq məqsədi güdür. 
Xəbəri “Qazeta.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 
 

 

12 Oktyabr 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə