Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”: Doqquz ayda 65 min 124 yeni abonent qeydiyyata alınıb

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 246 min 968-ə çatıb

“Azəriqaz”: Doqquz ayda 65 min 124 yeni abonent qeydiyyata alınıb

Oktyabrın 1-nə olan məlumata görə, “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə yanvar-sentyabr ayları ərzində 65 min 124 yeni abonent qeydiyyata alınıb.

Birlikdən bildirilib ki, bunun da 36 min 291-i Bakı, Abşeron və Sumqayıt, 28 min 833-ü isə regionların payına düşür. Bu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2033-ü isə regionların payına düşür.

Beləliklə, oktyabrın 1-nə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 246 min 968-ə çatıb. Bunun 2 milyon 215 min 900-ü əhali, 31 min 68-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa, Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 milyon 381 min 186 təşkil edir.

Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr limit ayrılır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2019 16:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə