Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İplərarasında harmoniya”

“İplərarasında harmoniya”

 Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplərarasında harmoniya” adlı sərgisi açılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilən sərgidə 40-dan çox əsər nümayiş edilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərgini  təqdim edilən əsərlər sənətsevərlər üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Bütün iştirakçıları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgi haqqında məlumat verib. Bildirib ki, sərgini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən sərginin əhəmiyyətini vurğulayan G.Əfəndiyeva deyib ki, belə sərgilər xalqlar arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə böyük təkan verir.

“Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirən Günay Əfəndiyeva hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, Fond dörd türk dilli ölkə-Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri tərəfindən təsis edilib. Fondun məqsədləri layihə və proqramları dəstəkləmək və maliyyələşdirməklə türk mədəniyyətini və irsini qorumaq, araşdırmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Həmçinin bu il Macarıstan türk dünyası ilə ortaq mədəni dəyərləri əsas gətirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyini ifadə edib. Bu mənada bu sərgi çox böyük əhəmiyyət daşıyır.

Ölkəsinə məxsus mədəni dəyərlərin Şərqlə bağlı olduğunu söyləyən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi sərgi haqqında məlumat verib. Bildirib ki, qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılıb və macarıstanlı sənətkarlar da bu sənət növünə bənzərsiz əsərlər yaradırlar. Bakıdakı bu əhatəli sərgi sizi qobelen sənətkarlarının şah əsərləri vasitəsilə onların müxtəlifliyi, fantaziyası və bacarıqları ilə tanış etmək məqsədilə təşkil edilib. Qobelen Avropa sənət tarixində əsrlərdən bəri davam edən unikal, suveren bir janrdır.

 

Afət Sadıqoğlu,
”Xalq qəzeti”

11 Oktyabr 2019 16:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə