Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MSK sədri: Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq

MSK sədri: Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov bildirib ki, biz bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərinə, adətən beynəlxalq müşahidəçilər az dəvət olunur: "Bələdiyyə seçkilərinə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi adlanan bir qurumun nümayəndələri gəlirlər. Biz həm də MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik ki, onlar gəlib buradakı seçkiləri müşahidə etsinlər.

Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun".

 

“Xalq qəzeti”

11 Oktyabr 2019 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə