Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda möhtəşəm “Yeddi gözəl” təqdim ediləcək

Bakıda möhtəşəm “Yeddi gözəl” təqdim ediləcək

“Gala Opera Baku”  “Yeddi gözəl” beynəlxalq layihəsi dekabrın 1-də tamaşaçılara təqdim ediləcək. Özünəməxsusluğu ilə seçiləcək konsertdə Tanınmış opera ifaçıları Alina Yarova, Lali Xabalova, Anastasiya Çernovolos, Jalə İsmayılova, Yuliya Süleymanova,  Yana Məlikəyeva, Aldona Tskua çıxış edəcəklər.

Tanınmış opera ustalarının ifası ilə modanı özündə birləşdirən unikal konsertdə tamaşaçılar  tanınmış bəstəkarların ariyalarını, Neapolitan  mahnılarını, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini dinləyə biləcəklər. İfa edilən əsərlər simfonik orkestrlə müşayət ediləcək.

İfaçılar həmçinin səhnədə ifa edərkən öz ecazkar səsləri ilə yanaşı, həmçinin SultanCouture”-dan olan geyimləri, zərgərlik nümunələrini də təqdim edəcəklər. Beynəlxalq layihənin də unikallığı budur.

 Konsert  beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin dirijorluğu ilə reallaşacaq.

Konsert  tanınmış modelyer Orxan Sultanın yaradıcılıq yubileyinə həsr edilib.  O,  kostyumlar üzrə rəssam, dekorator, eləcə də Rusiya Federasiyasının Dizaynerlər Birliyinin üzvü, Parisdə Rusiyalı  Rəssamlar Assosasiyasının üzvü, eləcə də moda sənayesində  beynəlxalq mükafatlar laureatıdır. Həmyerlimizin əl işləri beynəlxalq sərgilərdə, tədbirlərdə nümayiş edilir.

Qeyd edək ki, konsert dekabrın 1-də Heydər Əliyev Sarayında olacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

11 Oktyabr 2019 14:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə