Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Köhnə hamam, köhnə tas

Köhnə hamam, köhnə tas

Müxalifətin 8 oktyabrda keçirdiyi aksiya “görkəmli hüquqşünas”, “ millət fədaisi”, radikal fikirli, AXCP təftiş komissiyasının sədri Aydın Əliyevin sözləri ilə desək, siyasi dələduz , AXCP sədri Əli Kərimlinin ürəyincə olmadı. Çünki onun “dahiyana”  məkrli planları, hiylə və fəsadları həyata keçmədi. Siyasi sabitlik, ictimai sabitlik  pozulmadı.İğtişaş yaranmadı.  Əli Kərimlininin səlahiyyətlərini həyata keçirən, “azadlıq” deyə bağıran Tofiq Yaqublu aksiyanın sonunda bildirdi ki, növbəti mitinq  oktyabrın 19-na təyin olunur.

Aksiyada isə nə “dünya şöhrətli” tarixçi-alim, professor, milli şuranın sədri , III qrup əlil Cəmil Həsənli, nə də xalqı uçuruma aparan radikal arzulu Əli Kərimli iştirak edirdi. Cəbhəçilər tərəfindən satqın kimi tanınan, “görkəmli hüquqşünas”a  maddi yardım göstərən Gültəkin Hacıbəyli bildirdi ki, Əli Kərimlinin görüşü olduğu üçün o, piketə gələ bilməyib. Sual olunur. Əli Kərimli prezidentdirmi və yaxud baş nazirdirmi? Yoxsa Milli Məclisin sədridirmi ki, görüşü piketdən üstün tutub. Əslində isə heç bir görüş yox idi. Əli Kərimli və onun sadiq köməkçisi sosial şəbəkələrlə xalqa yalvarırdılar ki, bizə dəstək olun. Onların rüşvət verdiyi adamlar yalnız piketi dəstəkləməyə gəlmişdilər. Başqa vaxt isə Əli Kərimli korrupsiyadan danışır. Özünün “paklığından” ,”təmizliyindən” Qoqolun “Müfəttiş” əsərindəki Xlestakov kimi bol-bol danışır.”OSMANQIZI” TV-yə verdiyi müsahibələrdə öz goplarından da həzz alır.

Əli Kərimlinin müşaviri Məmməd İbrahim bildirib ki, onlar Bakının Bayıl qəsəbəsində mitinq  keçirərkən  heç 2 min adam yox idi.Əgər mitinq Lökbatanda keçirilsəydi, ora ümumiyyətlə, heç kim getməyəcəkdi. Əli Kərimli isə bu rəqəmi 10-15, hətta 20 minə qaldırır. “Məhsul” stadionunda isə cəmi 2500-ə yaxın adam olduğu halda Əli Kərimli bu rəqəmi 20 minə qaldırmışdı.

İndi isə Əli Kərimli və onun siyasətbazları mitinqin yenə də metronun “28 may” stansiyasının qarşısında, N. Nərimanov rayonundakı parkın yaxınlığında və Tofiq Bəhramov adına stadionun yanında keçirmək istədiklərini bildiriblər.

Artıq bu barədə müxalifətə deyilib. Lakin onlar yenə də köhnə hamam, köhnə tası irəli sürürlər. Çünki onlar düşünürlər ki, insanların gur olduğu bu yerlərdə iğtişaş yaratmaq, siyasi sabitliyi və ictimai asayişi  pozmaq olar. Lakin onlar bilməlidirlər ki, ölkəmizdə siyasi sabitlik möhkəmdir. Əli Kərimli kimi “dahilər”, Cəmil Həsənli kimi “dünya şöhrətli” tarixçilər və onların ətrafındakı dələduzlar və başıpozuqlar   onu poza bilməzlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2019 12:23 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə