Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESKO-da Nəsiminin yubileyi münasibətilə muğam konserti keçiriləcək

UNESKO-da Nəsiminin yubileyi münasibətilə muğam konserti keçiriləcək

Oktyabrın 16-da UNESKO-nun Parisdəki qərargahında “Bahariyya” adlı muğam konserti keçiriləcək.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilən bu tədbir dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, böyük şairin 650 illiyinin geniş qeyd edildiyi 2019-cu il “Nəsim ili” elan olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 Oktyabr 2019 11:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə