Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat üzrə Nobel mükafatı laureatları elan olundu

Ədəbiyyat üzrə Nobel mükafatı laureatları elan olundu

Oktuabrın 10-da İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə laureatlar elan olunub.

Ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib.

2018-ci il üçün mükafatı polşalı şair  Olqa Tokarçuk, 2019-cu il üçün mükafatı isə avstriyalı yazıçı Peter Handke əldə edib.

OlqaTokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, oktyabrın 11-də sülh, oktyabrın 14-də isə iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları elan olunacaq. Mükafatların təqdimetmə mərasimi Alfred Nobelin ölüm günü - dekabrın 10-da keçiriləcək.

 

“Xalq qəzeti”

10 Oktyabr 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə