Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət partiyalarında niyə azad seçki yoxdur?!

Müxalifət partiyalarında niyə azad seçki yoxdur?!

Sevinc Osmanqızı indiki hakimiyyəti işğalçı rejim adlandırır. Ondan soruşmaq lazımdır ki, indiki iqtidar haranı işğal edib?! Bir sözlə, Sevinc xanım hər dəfə televiziya ilə çıxış edəndə öz savadsızlığını və səviyyəsizliyini bir daha nümayiş etdirir.

Sevinc Osmanqızına müsahibə verən “görkəmli hüquqşünas”, “millət fədaisi”, bar-bar bağıraraq danışan Əli Kərimli azad seçki tələb edir. Birincisi, Azərbaycanda  seçki azaddır. Hər bir seçici öz istədiyi namizədə səs verir. Bunu beynəlxalq müşahidəçilər də təsdiq edir. İkincisi Əli Kərimlinin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında niyə azad seçkilər yoxdur. Radikal fikirli  Əli Kərimli nə vaxtadək AXCP sədri olacaq. Cəbhəçilərin əksəriyyəti onun əleyhinə getsə də, “görkəmli hüquqşünas” yerində möhkəm oturub. Oktyabrın 8-də keçirilən piketdə iqtidara böhtan, iftira yağdıran Tofiq Yaqublunun üzvü olduğu Müsavat Partiyasında niyə azad seçki yoxdur. İsa Qəmbər bildirib ki, hamı Arif Hacılıya səs versin. Başqanlığa namizəd Yadigar Sadıqlı isə sosial şəbəkələrdə bu çağırışı pisləyib və bildirib ki, Arif Hacılı Müsavat Partiyasını çökdürəcək.

Beləliklə, müxalifət  öz gözündə tiri görmür, lakin iqtidarın gözündə tük axtarır. Həyasızcasına, utanmaz-utanmaz indiki hakimiyyətə böhtan, iftira atırlar. Küçə avaralarının da işlətmədiyi söyüşləri söyürlər. Onların sözləri ilə desək: Ar olsun müxalifətə!

 

Qəzənfər QASIMOV,
 “Xalq qəzeti”

10 Oktyabr 2019 15:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə